Xəzər Universiteti Elmi şurasının növbəti iclası keçirilib

Xəzər Universiteti Elmi şurasının növbəti iclası keçirilib Xəzər Universitetinin Elmi şurasının növbəti iclası keçirilib.
Iclasda rektor İradə Xəlilova gündəlikdəki məsələləri elmi şura üzvlərinin nəzərinə çatdırıb. Bildirib ki, 2021-2022-ci tədris ilində universitetin bakalavr və magistratura pilləsində təhsil alan tələbələr bir çox müsabiqələrdə iştirak edərək uğur qazanıblar. Həmin tələbələr sertifikatla təltif olunublar.
Sonra fakültə dekanları universitetin məzun olan tələbələri, onların qiymətləri, ixtisasları və s. haqqında məlumat veriblər.
İclasda magistratura tələbələrinin tezis mövzuları və elmi rəhbərləri barədə şura üzvlərinə məlumat verilib. Doktorantura tələbələrinin tezis və dissertasiyalarının mövzuları və elmi rəhbərlərinin təsdiqi ilə bağlı məsələ də elmi şura üzvlərinə çatdırılıb, mövzularla bağlı rəylər dinlənilib.
Elmi şuranın gündəliyindəki məsələlər barədə müsbət qərarlar qəbul edilib.

Tehsil-press.az


Oxşar xəbərlər