BAAU-da ərəb dilində natiqlik yarışı keçirildi

BAAU-da ərəb dilində natiqlik yarışı keçirildi Bakı Avrasiya Universiteti (BAAU) ilə Səudiyyə Ərəbistanının Kral Abdulla bin Əbdüləziz adına Ərəb dilinə Xidmət üzrə Beynəlxalq Mərkəzin birgə yaratdığı “Ərəbşünaslıq Mərkəzi”nin təşkilatçılığı ilə respublikaməzda fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri arasında natiqlik yarışı keçirilib.
Müsabiqəyə Bakı Avrasiya Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti ərəb dili üzrə ixtisaslaşan tələbələri qoşulublar.
“Ərəbşünaslıq Mərkəzi”nin Elmi rəhbəri, dosent Ülviyyə Hüseynova müsabiqənin məqsədi barədə iştirakçılara məlumat verib. Ü.Hüseynova 1-ci yerə bir nəfər, 2-ci yerə iki nəfər və 3-cü yerə isə üç nəfər qalibin seçiləcəyini və mükafatlandırılacağını bildirib.
İştirakçılar əvvəlcədən təyin edilmiş münsiflər heyətinin qarşısında ərəb dilində mətnlər səsləndiriblər. Münsiflər heyətində ölkəmizin görkəmli ərəbşünasları – Ülviyyə Hüseynova, Lalə Əliquliyeva, Gülər Qafqazlı və Günay Xalıqova təmsil olunublar. Müsabiqənin yekun mərhələsinə 25 nəfər tələbə iştirak hüququ əldə edib. Münsiflər heyəti müsabiqə iştirakçılarının mətni təqdim edərkən aydın nitq bacarıqlarını və ərəb dilində onu səlis ifadə etmə qabiliyyətlərini qiymətləndiriblər.
Müsabiqə iştirakçılarını qiymətləndirən münasiflər heyəti sonda qalibləri elan edib. Bakı Dövlət Universitetinin tələbəsi Mohammedali Axundov 1-ci yerə layiq görülüb. BDU-nun tələbəsi Simuzər Məmmədzadə və Bakı Avrasiya Universitetinin tələbəsi Aişə Nəbiyeva 2-ci yeri tutublar. 3-cü yerə isə BDU-nun tələbələri Yaşar Hüseynzadə, Səbinə Cəbrayılova və BAAU-nun tələbəsi Elmira Əhmədova layiq görülüblər.

Tehsil-press.az


Oxşar xəbərlər