Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşkilatçılığı ilə “İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər” mövzusunda konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Elina Hacıyevanın intiharı ilə bağlı yayılan məlumatlardan danışıb:
"Belə şayiələr yayılıb ki, guya intihara cəhd edəndən sonra o, məktəbdə bir neçə saat saxlanılıb, təcili yardım gec gəlib. Təhsil Nazirliyində araşdırma başlanıb, Səbail rayon prokurorluğunda cinayət işi başlanıb. Hadisənin səbəbləri cəmiyyət tərəfindən də araşdırılmalıdır. Buna görə də biz millət vəkilləri və ekspertləri toplamışıq ki, məsələni müzakirə edək".
Millət vəkili Fazil Mustafa bildirib ki, bəziləri bu məlumatın yayılmasını düzgün hesab etmir:
"Bu məsələdə mətbuatı qınamaq düzgün deyil. Çünki mətbuat bunu xəbər kimi yayıb, intiharı təbliğ kimi yox. Bu gün orta məktəblərdə də problemlər var. Bəzi məktəb direktorları yerində deyil. Bu gün çayxanalarda yeniyetmələrdən yer yoxdur. Hamısı qəlyan çəkir. Müəllim valideynin qorxusundan şagirdə irad tuta bilmir. Valideynlər müəllimlərə irad tutur. Biz bu problemləri aradan qaldırmağa çalışmalıyıq. Məktəblərin qarşısında qəlyanxanalar, siqaret köşkləri var. Bu, olmaz. Bu gün qızlar arasında da siqaret çəkənlərin sayı artıb. Məktəbin 200 metrliyində qəlxanxana, kafe, köşk olmamalıdır. Məktəb bu məsələlərə nəzarət edə bilmir. Elinanın intiharında müəllimi qınamaq olmaz. Müəllim onu intihara sövq eləməyib. Məktəb və valideyn münasibətləri tənzimlənməlidir. Müəllimin statusunu qaldırmalıyıq. Valideyn müəllimin şagirdə nəyə görə irad tutduğunu anlamalıdır. Təhsil Nazirlilyində komissiya var, bu məslələr tənzimlənməlidir. Bu məsələdə qanunvericiliyi qınamaq olmaz".
Millət vəkili, 295 saylı orta məktəbin direktoru Dilarə Cəbrayılova bildirib ki, məktəbdə mənəvi dəyərlərə söykənən cəmiyyət qurulmalıdır:
"Biz məktəbi pisləməklə nə əldə edə bilərik. Biz valideyn olaraq əvvəlcə özümüzü düzəltməliyik. Sonra məktəblə münasibətləri normallaşdırmalıyıq. Məktəblərdə psixoloq ştatlarını artırmaq lazımdır. Məktəb direktoru təyin olunarkən həmin şəxsin psixoloji durumu yoxlanılmalıdır".
ONA İnformasiya Agentliyinin rəhbəri Vüsalə Mahirqızı isə bildirib ki, ən çox intihar halları dünyanın ən inkişaf etmiş ölkələrindədir. Azərbaycanda bu məsələnin kütləviləşməməsi sevindiricidir:
"İstənilən hadisəyə operativ münasibət bildirilməlidir. Bu məsələdə ailənin də məsuliyyəti var. Şagirdə məktəbdə irad tutula bilər. Amma bu normal ailədə məsuliyyət yaradır. Dünən məsələ ilə bağlı o videonun yayılması qətiyyən yolverilməzdir. Bunu media etməməlidir. Bu media qurumları hüquq mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Media bu məsələdə günahkar tərəf olmağa doğru gedir. Müəllim və məktəbə qarşı bu boyda fobiya yaratmaq olmaz. Bu məsələ ciddi araşdırılmalıdır, bu işdə günahı olan həkimlərdən tutmuş digərlərinə qədər hər biri ciddi cəzalandırılmalıdır".
Millət vəkili Hikmət Babaoğlu bildirib ki, məktəblərdə intiharlarla bağlı Təhsil Nazirliyi, Mətbuat Şurası və millət vəkillərindən ibarət ictimai komissiya yaradılmalıdır: "Məktəblərdə intiharların səbəbləri, bu prosesdə mühit araşdırılmalıdır. Məktəb mühiti, ailə mühiti, kollektiv mühiti var. Bu məsələlər ciddi araşdırılmalıdır".
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid isə bildirib ki, Azərbaycanda 1 milyondan artıq şagird var: "Şagirdlərin psixologiyasına təsir edəcək videoların yayılmasında hər kəs məsuliyyət daşımalıdır. O video haradan çıxıb, necə yayılıb, bu da bir təhqiqat məsələsidir".
Tehsil-press.az