Türkiyənin Həsən Kalyoncu Universitetinin departament rəhbəri AzTU-da olub

Türkiyənin Həsən Kalyoncu Universitetinin departament rəhbəri AzTU-da olub Türkiyənin Həsən Kalyoncu Universitetinin Strateji inkişaf və keyfiyyət təminatı departamentinin müdiri Tuba Gündoğdu “Erasmus+” proqramı çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) olub.
Səfər çərçivəsində Tuba Gündoğdu tərəfindən “Türkiyə nümunəsində ali təhsil müəssisələrinin strateji inkişafı və keyfiyyət təminatı” mövzusunda seminar keçirilib.
Seminarda AzTU-nun nümayəndələri ilə yanaşı, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və Sumqayıt Dövlət Universitetinin müvafiq strukturlarının rəhbərləri və əməkdaşları da iştirak ediblər.
AzTU-nun Keyfiyyətin Təminatı Mərkəzi və Beynəlxalq əlaqələr şöbəsinin təşkilatçılığı ilə keçirilən seminarda iştirakçılara Həsən Kalyoncu Universitetində idarəetmə sistemi, keyfiyyət komissiyasının yaradılması və fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Sonda Tuba Gündoğdu iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Tehsil-press.az



Oxşar xəbərlər