Türkiyənin Diyanət İşləri İdarəsinin sədr müavini Səlim Argun və Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər üzrə müşaviri İhsan Açık Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olublar.
Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Mübariz Camalov qonaqlara ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. Bildirilib ki, institut Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin bazasında yaradılıb.
M.Camalov institutda təhsilin hər üç pilləsi üzrə tədris həyata keçirildiyini, bakalavr pilləsində islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə qəbul aparıldığını diqqətə çatdırıb.
Qeyd olunub ki, Aİİ-də təhsil ödənişsizdir. Prorektor ali təhsil müəssisəsində həyata keçirilən qəbul prosesi, institutun beynəlxalq əlaqələri haqqında da məlumat verib.
Türkiyənin Diyanət İşləri İdarəsinin sədr müavini Səlim Argun təmsil etdiyi qurumla, eləcə də Türkiyə universitetləri ilə Azərbaycan İlahiyyat İnstitutu arasında əməkdaşlıq əlaqələrinin qurulmasında əlindən gələni əsirgəməyəcəklərini vurğulayıb.
Sonda qonaqlar Aİİ-nin kitabxanasında institutun nəşrləri, Kitabxana fondu ilə tanış olublar.
Tehsil-press.az