Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Polşadakı səfirliyi və “Həyat sözü” Xristian Dini İcmasının birgə təşkilatçılığı ilə Varşava Böyük Keşişlər Seminariyasının rektoru Voyçex Bartkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Səfərdə məqsəd Azərbaycandakı dini həmrəylik, tolerantlıq mühiti, xristian, eləcə də Alban dini məbədləri, polyak mirası və icması ilə tanış olmaqdır.
Nümayəndə heyəti sentyabrın 13-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub.
Qonaqlar Aİİ-nin rektoru Aqil Şirinovla görüşərək, ikitərəfli əlaqələrin qurulması haqqında fikir mübadiləsi aparıblar.
A.Şirinov Azərbaycan İlahiyyat İnstitutu haqqında geniş məlumat verib. O, Aİİ-nin fəaliyyəti, xarici əlaqələri, ölkəmizin multikultural və tolerantlıq ənənələrinin təbliğindəki rolu, gələcək hədəflərindən danışıb. Bildirilib ki, institutda bakalavirat, magistratura və doktorantura pillələri üzrə tədris aparılır.
Rektor Aİİ-də tədris edilən islamşünaslıq” və dinşünaslıq ixtisasları və keçirilən fənlər barədə söhbət açıb.
Qonaqlar Azərbaycan İlahiyyat İnstitutunda olmaqdan məmnunluqlarını ifadə edib, ali təhsil müəssisəsinin fəaliyyətinə uğurlar arzulayıblar.
Sonra birgə əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Qeyd edək ki, Varşava Böyük Keşişlər Seminariyasının rektoru Voyçex Bartkoviçin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Varşava Oçota rayonunun pastoru Przemislav Çvek, Varşava Baş Yeparxiyasının Uşaq və Gənclərin Müdafiəsi üzrə Yepiskop Nümayəndəsinin müavini Mixal Turkovski və başqaları daxildir.
Tehsil-press.az