İlahiyyat İnstitutu Dərbənddəki İslam Universiteti ilə əməkdaşlıq edəcək

İlahiyyat İnstitutu Dərbənddəki İslam Universiteti ilə əməkdaşlıq edəcək Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərindəki Şeyx Abdulla Əfəndi adına İslam Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
İmzalanma mərasimində Aİİ-nin rektoru dosent Aqil Şirinov İslam Universitetinin rektoru Arif Saidov və həmin ali təhsil müəssisəsinin Himayəçilər Şurasının sədri Şahabitdin Kərimova institutun fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, bakalavriat səviyyəsi üzrə Dinşünaslıq və İslamşünaslıq ixtisasları üzrə qəbul həyata keçirən institutda təhsil tam ödənişsizdir. Təhsilalanlar ali məktəbdə dövlətin tam qayğısı ilə əhatə olunub, təqaüddən əlavə yemək pulu, ödənişsiz dərsliklərlə təmin olunurlar.
Rektor qeyd edib ki, institut xarici ölkələrin qabaqcıl təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri qurmaqla, tədrisin məzmununu, kadr hazırlığını, idarəetmə sistemini və infrastrukturu qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun təmin etməyə çalışır.
İslam Universitetinin nümayəndə heyəti təmsil etdikləri müəssisədə mövcud ixtisaslar, tədris və tədqiqat mərkəzləri barədə danışıblar.

Tehsil-press.az


Oxşar xəbərlər