ABŞ-ın Luiziana ştatında bir evə girən 1,5 metr uzunluğundakı timsah təhlükəsizlik işçiləri tərəfindən yaxalanıb.
ABŞ-ın Luiziana ştatının Nyu-İberiya şəhərində 1,5 metr uzunluğunda timsah evə girib. Donald və Yan Şultsun ev iti iyunun 23-də gecə saatlarında timsahı görən kimi hürməyə başlayıb. Həyat yoldaşı tərəfindən itin hürməsi səbəbilə oyadılan Yan Şultsun xalçada timsahla qarşılaşdıqda böyük qorxu yaşayıb. Yan Şultsun məlumatından sonra Vəhşi Təbiət Departamentinin əməkdaşları və polislər timsahı tutmaq üçün evə gəliblər. Təhlükəsizlik işçiləri tərəfindən ləvazimatlarla tutulan timsahın ağzına lent yapışdırılaraq zərərsizləşdirilib.
Yuxudan oyandıqdan sonra silahını götürərək dəhlizə girdiyini bildirən Şults, "Qaranlıq idi. Xalçanın kənarında bir şey gördüyüm üçün dayandım. Yeni oyandığım üçün diqqətimi çox yaxşı cəmləyə bilmirdim. Formanın nə olduğunu anlayanda geri atıldım. Yoldaşıma dedim ki, dəhlizdə timsah var. Amma o, mənə əvvəlcə inanmadı. Ona görə də tez timsahın şəklini çəkib yoldaşıma göndərdim. Sonra polisə zəng etdim”, - deyə o bildirib. Evə it üçün ayrılan qapıdan daxil olan timsahın istidən qaçmağa çalışdığı təxmin edilir...
Tehsil-press.az