Berlində aslan panikası: Polisdən "Çölə çıxmayın" xəbərdarlığı

Berlində aslan panikası: Polisdən Alman polisi Berlinin cənub-qərbində yaşayan vətəndaşlarına şir hücumuna qarşı xəbərdarlıq edib. Paytaxt Berlini əhatə edən Brandenburq əyalətində polis şəhərdə dünən görünən şirlə bağlı xəbərdarlıq edib.
Vətəndaşlardan evlərini tərk etməmələrini və ev heyvanlarını mənzillərinə aparmalarını xahiş edən polis daha sonra xəbərdarlıqlarını genişləndirib. Berlinin cənub bölgələrini də əhatə edən yeni xəbərdarlığa görə, həmin ərazidə bir şirin ola biləcəyi qeyd edilib.
Səlahiyyətlilər hadisə ilə bağlı işə başlayarkən, aslanı axtaran qrup arasında baytarlar və iki ovçu da olub.
Axtarışda olan şirin kimə aid olması barədə polis hələlik açıqlama verməyib.

Tehsil-press.az


Oxşar xəbərlər