Xəzər Universitetinin nümayəndə heyəti Türkiyənin Başkent Universitetində olub

Xəzər Universitetinin nümayəndə heyəti Türkiyənin Başkent Universitetində olub Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlının rəhbərlik etdiyi heyət Türkiyənin Başkent Universitetində olub.
Başkent Universitetinin rektoru Haldun Müderrisoğlu rəhbərlik etdiyi bu ali təhsil müəssisəsi haqqında geniş məlumat verib.
Sonra universitetin fəaliyyətini əks etdirən film nümayiş olunub, əldə edilən nailiyyətlərdən danışılıb.
Professor Hamlet İsaxanlı rəhbərlik etdiyi Xəzər Universitetinin fəaliyyəti və Tbilisi şəhərində yeni yaradılmış “East-West Universiteti”nin Tibb fakültəsi haqqında məlumat verib. O, gələcəkdə hər iki universitet arasında əməkdaşlığın inkişaf etdiriləcəyinə, elmi və pedaqoji əlaqələrin qurulacağına əminliyini bildirib.
Qeyd edək ki, Gürcüstanın Tbilisi şəhərində “East-West Teaching University” (Şərq-Qərb Universiteti) Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü professor Hamlet İsaxanlı və İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin keçmiş prorektoru professor Teymuraz Xurodzenin birgə təsisçiliyi ilə yaradılıb.

Tehsil-press.az



Oxşar xəbərlər