Rusiyada federal nağıllar reyestri yaradılacaq

Rusiyada federal nağıllar reyestri yaradılacaq Rusiyada federal qeyri-maddi etnomədəni irs obyektləri olan nağıllar, dastanlar, rəqslər, ayinlər, sənətlər, eləcə də adət və ənənələrin reyestri yaradılacaq. Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Reyestrin formalaşdırılması və aparılması qaydası barədə Qərar imzalayıb.
Reyestrdə bu və ya digər obyektin mənşəyi, onun mövcud olması məkanı, orijinal ənənəvi mədəniyyətin daşıyıcıları və qoruyub saxlayanlar barədə informasiya yer alacaq.
Sənəddə Rusiyada mövcud olan ayinlər və adətlər ölkənin qeyri-maddi etnomədəni irsinə aid olunub. Onların qorunub saxlanılması, öyrənilməsi və populyarlaşdırılması üçün xüsusi reyestr tətbiq olunur. Qanun, həmçinin qeyri-maddi etnomədəni irs obyektlərinin kateqoriyaları - federal, regional və yerli əhəmiyyətli kateqoriyaları müəyyənləşdirir.

Tehsil-press.az




Oxşar xəbərlər