UFAZ-a qəbul imtahanının nəticələri açıqlanıb

UFAZ-a qəbul imtahanının nəticələri açıqlanıb Azərbaycan-Fransız Universitetinə (UFAZ) 2023-2024-cü tədris ili üçün bakalavriat pilləsi üzrə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb.
İmtahanda iştirak etmək üçün 421 nəfər abituriyent qeydiyyatdan keçib və onlardan 372 nəfər imtahanda iştirak edib. Yekun nəticələrə əsasən, UFAZ-ın təklif etdiyi dövlət sifarişli 160 yerin hamısı dolub.
İmtahanda uğurlu nəticə əldə edən abituriyentlərin təsdiq olunmuş siyahısı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təqdim olunub. Elm və Təhsil Nazirliyi UFAZ-a qəbul olmuş gənclərin adlarını Dövlət İmtahan Mərkəzinə təqdim edəcək və onlar digər ali məktəblərə müsabiqədə iştirak etməyəcəklər.
UFAZ-ı bitirən tələbələrə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə yanaşı, Fransanın Strasburq Universitetinin (neft və qaz mühəndisliyi ixtisası üzrə Renn 1 Universitetinin) diplomları verilir.
UFAZ-da bütün ixtisaslar üzrə tədris 4 ildir və qəbul bu ildən etibarən tam dövlət sifarişli əsaslarla aparılır.

Tehsil-press.az


Oxşar xəbərlər