Kitab müzakirələri: Benjamin Franklin və Cared Daymondun bestsellerləri

Kitab müzakirələri: Benjamin Franklin və Cared Daymondun bestsellerləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Quba tədris, idman və istirahət kompleksində “Heydər Əliyev İli”nə həsr olunmuş “Oxu mədəniyyəti” layihəsi çərçivəsində həyata keçirilən yay oxuları davam edir.
Yay oxularının növbəti günündə yüksək intellektə sahib siyasətçi-alim, ixtiraçı, dövlət xadimi, diplomat və filosof Benjamin Franklinin qələmə aldığı eksklüziv klassika seriyasından “Tərcümeyi-hal. Vaxt puldur” və amerikalı fizioloq və coğrafiyaşünas Cared Daymondun beynəlxalq bestseller olan “Silahlar, mikroblar və polad: insan icmalarının tarixi” kitabları müzakirə edilib.
Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva dünyada böyük maraqla mütaliə edilən hər iki kitabın qısa məzmunu və əhəmiyyəti barədə məlumat verib. O, kitablarda qeyd edilən maraqlı faktlara, eləcə də elmi tədqiqatların nəticələrinə, elmi ixtiralara, zamanın düzgün dəyərləndirilməsi və idarə edilməsi metodikasına, bəşər sivilizasiyasının inkişafının gizli mexanizmlərinə diqqəti çəkərək bir neçə mühüm məqamı iştirakçılara çatdırıb.
Sonda kitab müzakirəsinin budəfəki iştirakçıları ABŞ İstiqlal Bəyannaməsi, ABŞ Konstitusiyası və Versal sülh müqaviləsinin hazırlanmasında B.Franklinin xidmətləri, elmi ixtiraları, eləcə də C.Daymondun coğrafiya, botanika, zoologiya, mikrobiologiya, dilçilik və digər elmlərin məlumatlarına əsaslanaraq dünyanın müxtəlif hissələrinin inkişafındakı asimmetriya ilə bağlı maraqlı mülahizələri barədə fikir mübadiləsi aparıblar.
https://ad.doubleclick.net/ddm/pfadx/N706613.5024835DIGIX/B22835724.373513414;sz=0x0;ord=[timestamp];dc_lat=;dc_rdid=;tag_for_child_directed_treatment=;tfua=;dc_tdv=1;dcmt=text/xml;dc_sdk_apis=[APIFRAMEWORKS];dc_omid_p=[OMIDPARTNER];gdpr=${GDPR};gdpr_consent=${GDPR_CONSENT_755};dc_mpos=[BREAKPOSITION];ltd=

Tehsil-press.az



Oxşar xəbərlər