UNEC-də müzakirə: “Heydər Əliyev irsi-100”

UNEC-də müzakirə: “Heydər Əliyev irsi-100” “Heydər Əliyev İli” çərçivəsində UNEC-də təsdiq edilmiş “Oxu mədəniyyəti” tədbirlər planına əsasən Ümumi fənlərin tədrisinin təşkili departamentinin və Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev irsi-100 müzakirə” silsiləsindən növbəti müzakirə keçirilib.
Əvvəlcə tədbirdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Ümumi fənlərin tədrisinin təşkili departamentinin direktoru dosent Gülnarə Rzayeva açaraq Ulu Öndərin kitablara verdiyi dəyərdən, mütaliənin insan mənəviyyatının formalaşmasındakı rolundan bəhs edib.
Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva UNEC-də “Oxu mədəniyyəti” tədbirlər planının məqsədi və Ulu Öndərin müxtəlif sahələr üzrə əvəzsiz xidmətləri haqqında keçirilmiş müzakirələr barədə məlumat verib.
Azərbaycan dili kafedrasının dosenti Çinarə Qəhrəmanova, Ümumi fənlərin tədrisinin təşkili departamentinin mütəxəssisləri Aygün Behbudova və Günay Əliyeva “Heydər Əliyev və mili-mənəvi dəyərlərimiz: ana dilimiz”, “Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı - Ümummilli Lider Heydər Əliyev”, “Heydər Əliyevin ədəbiyyat siyasəti” mövzularında çıxış ediblər. Çıxış edənlər Ulu Öndərin doğma dilimizə zəngin və ahəngdar dil kimi verdiyi yüksək qiymətdən, son yarım əsrdə Azərbaycan ədəbiyyatının inkişafında Ümummilli Liderin rolundan bəhs edib, dahi şəxsiyyət Heydər Əliyevin dövlətçilik tariximizdəki müstəsna xidmətlərindən söz açıblar.
Tədbir müzakirələrlə davam edib.

Tehsil-press.az


Oxşar xəbərlər