Qərbi Hind okeanı latimeriyası və ya Afrika latimeriyası (Latimeria chalumnae) - onların nəslinin 10 milyonlarla il əvvəl, təbaşir dövründə dinozavrlarla birlikdə kəsildiyi düşünülürdü. Ancaq 1938-ci ildə Cənubi Afrika sahillərində canlı bir nümunə tutulub. O vaxtdan bəri daha bir neçə belə balıq tapılıb.
Bu qədim sümüklü balıqlar günlərini mağaralarda gizlənərək keçirir və gecələr ova çıxırlar. Onlar ümumiyyətlə müxtəlif balıq və başıayaqlılarla, o cümlədən kalamar və mürəkkəb balıqları ilə qidalanırlar. Tədqiqatçılar qeyd edirlər ki, bu qədim növün nümayəndələri 2 metr uzunluğa və 90 kq çəkiyə çata bilirlər. Bundan əlavə, sözügedən ibtidai balıqlar son dərəcə uzunömürlüdür.
Əvvəlcə elm adamları Afrika latimeriyaların təxminən 20 il yaşadığına inanırdılar, lakin 2021-ci ildə alimlərin balıq pulcuqlarında kalsifikasiya olunmuş strukturları (illik ağac halqaları kimi) tədqiq etdikləri bir araşdırmada bu növün nümayəndələrinin əslində 100 ilə qədər yaşaya bildiklərini müəyyən ediblər.
Alimlər həmçinin Afrika latimeriyalarının cinsi yetkinliyə olduqca yavaş çatdığını aşkar ediblər: erkəkləri yalnız 40, dişilər isə 58 yaşdan sonra çoxala bilirlər.
Bundan başqa onlar bütün məlum onurğalılar arasında ən uzun hamiləlik dövrünə sahibdirlər - hamiləlik beş il davam edir.
Daha bir maraqlı fakt odur ki, bu növün nümayəndələri ov edərkən başları üzərində dayanmaq kimi heyrətamiz bir texnikadan istifadə edə bilirlər. Bu hiyləni sümük kütləsinin çoxu başlarında və quyruqlarında olan xüsusi skeletləri sayəsində həyata keçirirlər.
Tehsil-press.az