“Karbohidrogen yataqlarının suüstü və sualtı mədənlər kompleksləri ilə işlənməsinin və istismarının xüsusiyyətləri” adlı dərslik nəşr olunub.
Nəşr dəniz neft, qaz və qaz-kondensat yataqlarının işlənmə xüsusiyyətlərinə həsr edilib. Dərslikdə dəniz neft-qaz mədənlərinin inkişafının tarixi aspektləri göstərilib, kontinental şelfdə yerləşən karbohidrogen yataqlarının işlənməsinin dünya təcrübəsi təhlil olunub. Eyni zamanda, dəniz suüstü və sualtı mədənlərinin yaradılması, quyuların qazılması, karbohidrogen hasilatı, quyu məhsulunun hazırlanması və nəql olunması, enerji təchizatı, texnoloji proseslərin ekoloji təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan əsas element və sistemlərə baxılıb.
Nəşr neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr və mütəxəssislər üçün nəzərdə tutulub.
Tehsil-press.az