AzTU professorunun həmmüəllifi olduğu kitab ABŞ-da nəşr edilib

AzTU professorunun həmmüəllifi olduğu kitab ABŞ-da nəşr edilib Azərbaycan Texniki Universitetinin (AzTU) professoru, neft kimyaçısı Mir-Yusif Mirbabayev və amerikalı geofizik, “Neft sənayesinin tarixi lüğəti”nin müəllifi Marius Vasiliunun həmmüəllifi olduqları “XIX əsrdə ABŞ və Azərbaycan nefti: iki titan” kitabı ABŞ-da ingilis dilində nəşr olunub.
Kitab müxtəlif qitələrdə neftin sənaye üsulu ilə istehsalının tarixindən bəhs edir. Nəşrdə dünyada ilk dəfə sənaye üsulu ilə neft quyusunun 1846-cı ildə məhz Azərbaycanda qazıldığı, bunun Pensilvaniyanın məşhur Drake quyusunun qazılmasından 13 il əvvəl baş verdiyi qeyd edilib.
Kitabda, həmçinin ABŞ-da və Azərbaycanda neft hasilatının tarixi xronoloji ardıcıllıqla əks olunub.
Amerikalı mütəxəssislər tərəfindən müsbət rəylər alan kitabın gələcəkdə Azərbaycan və rus dillərində də nəşr olunması nəzərdə tutulub.

Tehsil-press.az


Oxşar xəbərlər