Neft və Qaz İnstitutunda magistrlik dissertasiyalarının müdafiəsi keçirilib

Neft və Qaz İnstitutunda magistrlik dissertasiyalarının müdafiəsi keçirilib AMEA-nın Neft və Qaz İnstitutunda “Geofizika mühəndisliyi” üzrə ixtisaslaşdırılmış şurada magistrlik dissertasiyalarının müdafiəsi keçirilib.
Şurada Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulları ixtisası üzrə təhsil alan Cəvahir Rəcəbli “Seysmik dalğa atributlarının interpretasiyası əsasında geoloji kəsilişin proqnozlaşdırılması”, Dəniz neft-qaz geofizikası ixtisası üzrə təhsil alan Gülnarə Əlizadə “Neft-qaz yataqlarının əmələ gəlməsində palçıq vulkanlarının rolu” mövzusunda dissertasiya işini müdafiə edib.
Apardıqları tədqiqatlar haqqında ətraflı məlumat verən magistrlər şura üzvlərinin suallarını cavablandırıblar.
Cəvahir Rəcəblinin dissertasiya işi 94, Gülnarə Əlizadənin dissertasiya işi isə 92 balla qiymətləndirilib.

Tehsil-press.az

Oxşar xəbərlər