Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin Türkiyənin Karamanoğlu Mehmetbey Universitetinin rektoru Mehmet Gavgalı ilə görüşü olub.
Görüşdə E.Babayev BDU-nun tarixi, strukturu, universitetdə tədris və elm fəaliyyət ilə bağlı məlumat verib. Qeyd edilib ki, 25 minə yaxın tələbəsi olan BDU-nun 16 fakültəsi, bir kolleci, bir liseyi, Qazax filialı fəaliyyət göstərir. Təhsil-elm-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməkdə olan BDU-da elmin bütün sahələri üzrə kadr hazırlığı həyata keçirilir.
Rektor son illər BDU-nun beynəlxalq əlaqələrinin daha da genişləndiyini, dünyanın müxtəlif ölkələri ilə ikili diplom proqramları və əməkdaşlıq müqavilələrinin imzalandığını qeyd edib. Vurğulanıb ki, qardaş Türkiyə universitetləri ilə əməkdaşlığın genişləndirilməsi BDU üçün prioritet təşkil edir.
Mehmet Gavgalı rəhbərlik etdiyi Karamanoğlu Mehmetbey Universitetinin fəaliyyəti barədə danışıb. O bildirib ki, 16 ildir fəaliyyət göstərən universitetin 11 fakültəsi, 22 min tələbəsi, 1.300 pedaqoji işçisi var.
O, BDU ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb.
Sonra iki universitet arasında əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparılıb.
Tehsil-press.az