Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tədqiqat Fondu tərəfindən Minatəmizləmə Agentliyinin aparıcı mütəxəssisləri və bölmə rəhbərləri üçün “Strateji kommunikasiya və böhranın idarə edilməsi” mövzusunda təlim keçirilib.
Təlim Minatəmizləmə Agentliyinin fəaliyyətinin intensivliyini və xüsusiyyətini nəzərə alaraq zəruri olan biliklərin artırılması məqsədilə təşkil olunub. Fondun departament rəhbəri Ellada Əliyeva tərəfindən keçirilən təlim qurum-cəmiyyət və strateji kommunikasiya, fokus qruplarla münasibətlərin inkişafı, kommunikasiyanı səciyyələndirən əsas şərtlər, rəqəmsallaşma, böhran kommunikasiyası, eləcə də media ilə əməkdaşlıq və prioritetlərə uyğun istiqamətlərin müəyyən edilməsi sahəsində zəruri bilik və bacarıqlara fokuslanıb.
Dövlət orqanlarının böhran vəziyyətlərində şablon və ssenarilərinin mütəmadi şəkildə yenilənməsi, xüsusən minatəmizləmə kimi riskli və prioritet fəaliyyətdə böhran hallarının öncədən proqnozlaşdırılmasının müstəsna xarakter daşıdığını nəzərə alaraq, UNEC Tədqiqat Fondu bu cür təlimlərin mütəmadi keçirilməsini hədəfləyib. Ötən dövrlərdə Fond tərəfindən keçirilən təlimlər nəticəsində qurumların daxili və xarici kommunikasiyalarında effektivliyin artması müşahidə olunub.
Tehsil-press.az