Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) daxili qrant müsabiqəsində qalib olan “Azərbaycanda universitet-dövlət-sənaye əlaqələri: kim nə istəyir?” tədqiqat layihəsi Azərbaycanda universitet-dövlət-sənaye əlaqələrində effektiv kommunikasiya problemini tədqiq edir. Layihə UNEC Empirik Tədqiqatlar Mərkəzi və Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin tədqiqatçıları tərəfindən uğurla icra edilib.
Bunu müsahibəsində UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbərinin müavini Nicat Muradzadə söyləyib.
“Nəzərə alsaq ki, intensiv qlobal rəqabət yeni mühit və yeni şərtlər bərqərar edib, belə olan halda bilik iqtisadiyyatı dayanıqlı inkişaf baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu kontekstdə UNEC-dəki mütərəqqi elmi mühitdə baş tutan tədqiqatımız Azərbaycanda bilik iqtisadiyyatına keçid şəraitində əsas aktorlar hesab olunan ali təhsil müəssisələri, dövlət sektoru, o cümlədən özəl sektor arasındakı kommunikasiya məsələlərini tədqiq edir. Tədqiqatımızın çoxşaxəli və hərtərəfli nəticələri vardır. Bunlar həm fundamental, həm də praktiki xarakter daşıyır. Tədqiqatın praktiki aspekti gələcəkdə Azərbaycanda bu sferada siyasət quruculuğu prosesinə öz töhfəsini verə bilər”, - deyə Nicat Muradzadə bildirib.
Tehsil-press.az