ADPU-nun müəllim və tələbələrinin layihələri “TEKNOFEST 2023”də startaplar arasında ilk beşliyə düşüb

ADPU-nun müəllim və tələbələrinin layihələri “TEKNOFEST 2023”də startaplar arasında ilk beşliyə düşüb Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Riyaziyyat fakültəsinin Kompüter elmləri kafedrasının müəllimi Xumarə Qəhrəmanlı “TEKNOFEST - Girişim Yarışması”nın finalçısı olub.
Layihə təhsilə inqilabi yeniliklər gətirməyi hədəfləyən “Google for Startups”, “Microsoft for Startups” kimi müxtəlif proqramların dəstəyi ilə inkişaf etməkdə olan qabaqcıl təhsil texnologiyası startapıdır. Unikal rəqəmsal təhsil platforması vasitəsilə istifadəçilər virtual reallıq eynəkləri, kompüter və mobil cihazlar vasitəsilə dünyanın istənilən yerindən interaktiv, maraqlı və əyləncəli tədris – öyrənmə və öyrətmə prosesinə qoşula bilərlər.
Eyni zamanda, ADPU-nun “SABAH” qruplarının məzunu, hazırda ADPU-da informatikanın tədrisi metodikası və metodologiyası ixtisası üzrə magistratura tələbəsi olan Raya Həsənova və ADPU-nun “SABAH” qruplarının riyaziyyat və informatika müəllimliyi ixtisasının V kurs tələbəsi Elmira Poladova komanda yoldaşları ilə birgə festivalın finalına yüksəlmiş kənd təsərrüfatının rəqəmsallaşdırılmasına əsaslanan “Azirrigation” layihəsi ilə iştirak ediblər.
Finalçılar layihələrini Türkiyə Texnoloji Takımı, “Baykar Tech” və Teknofest İdarə Heyətinin sədri Selçuk Bayraktara və Türkiyə dövlət rəsmilərinə, festivalın münsiflər heyətinə təqdim edərək sualları cavablandırıblar.
Qeyd edək ki, həm ADPU-nun müəllimi Xumarə Qəhrəmanlının, həm də tələbələrin layihələri Türkiyənin və dünyanın dörd bir yanından təqdim olunan startaplar arasında müvafiq kateqoriyalar üzrə ilk beşliyə düşüb.

Tehsil-press.az


Oxşar xəbərlər