Mühəndislik sahəsində təhsil alan tələbələr üçün düşərgə təşkil olunub

Mühəndislik sahəsində təhsil alan tələbələr üçün düşərgə təşkil olunub “Bir Könüllü” Tələbə Təşkilatı və Avropa Elektrik Mühəndisliyi Tələbələri Assosiasiyasının yerli bölməsinin birgə təşkilatçılığı ilə “Zuğulba” tədris-idman bazasında “Mühəndislik düşərgəsi”nin açılışı olub.
Tədbirdə institutun direktoru Rüfət Əzizov və Elm və Təhsil Nazirliyinin nümayəndəsi Səbuhi Rzayev mühəndislik sahəsində təhsil alan tələbələrə düşərgənin məqsədi, perspektivləri və şəxsi təcrübələri haqqında ətraflı məlumat veriblər. Rüfət Əzizov, həmçinin innovasiyalar mövzusunda təqdimatla çıxış edib, tələbələri maraqlandıran sualları cavablandırıb.
Günün ikinci yarısında iştirakçılar üçün “Sahibkarlıq və startap təfəkkürünün formalaşması” mövzusunda təlim sessiyası təşkil olunub.
Təlim çərçivəsində sahibkarlığın və startapların əsas prinsipləri, startapların inkişaf modeli və strateji planlaması və s. məsələlər iştirakçılarla birlikdə müzakirə edilib.

Tehsil-press.az



Oxşar xəbərlər