Tələbələr üçün Şəkidə təşkil edilən “Mühəndislik düşərgəsi”nin bağlanış mərasimi keçirilib. Düşərgə Təhsil İnstitutunun və “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.
Düşərgənin son günü “PROKON” şirkətinin layihə rəhbəri Məmmədağa Mehdiyev “Necə mühəndis olmalı?” mövzusunda çıxış edərək dünyada mühəndislik sahəsində aparılan təcrübələr, mühəndislikdə idarəetmə, hədəflər haqqında danışıb.
Bağlanış mərasimində çıxış edən Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Tural Alışov 5 gün ərzində düşərgəyə gələn, tələbələrlə məsləhətlərini, biliklərini bölüşən mühəndislərə və idarəçilərə öz minnətdarlığını bildirib. O, mühəndislik sahəsinin əhəmiyyətini bir daha vurğulayaraq düşərgə iştirakçılarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra düşərgə iştirakçılarına sertifikat verilib.
Xatırladaq ki, “Mühəndislik düşərgəsi” martın 24-dən 28-dək təşkil edilib.
Tehsil-press.az