“Mühəndislik düşərgəsi”ndən bir gün: peşəkarlar təcrübələrini tələbələrlə bölüşüblər

“Mühəndislik düşərgəsi”ndən bir gün: peşəkarlar təcrübələrini tələbələrlə bölüşüblər Təhsil İnstitutunun Şəki rayonunda təşkil etdiyi “Mühəndislik düşərgəsi”nin ikinci günündə bir çox yerli və xarici şirkətlərdə çalışan mühəndislərlə tələbələrin görüşü keçirilib.
“WESA” şirkətinin layihə meneceri Kənan Atakişiyev “Əlavə dəyər istehsalçısı olmağın vacibliyi” mövzusunda çıxış edərək öz təcrübəsini tələbələrlə bölüşüb. Daha sonra “HECOTEC” MMC-nin direktoru Həsən Abbasov və “Bos Shelf” MMC-nin meneceri Ağalar Qasımov “Neft və qaz layihələri” mövzusunda təqdimat ediblər.
“Baku Steel Company” QSC-nin keyfiyyəti idarəetmə sistemi üzrə koordinatoru Nəsimi Bayramlı tələbələrlə birlikdə “Ağır metallurgiyada mühəndislik (polad armatur və boru istehsalı)” və “Mexanika mühəndisliyində müasir kompüter proqramları” mövzularında müxtəlif praktiki işlər həyata keçirib.
Düşərgənin ikinci gününün sonuncu qonağı olan “SOCAR-KBR”in mexanika mühəndisi Fərid Məmmədovun isə “Mexanika mühəndisləri haradadır?” mövzusunda seminarı keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər