Minsk Dövlət Linqvistika Universitetində Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdullanın və Minsk Dövlət Linqvistika Universitetinin rektoru professor Natalya Laptevanın birgə təşəbbüsü və Azərbaycan Respublikasının Belarusdakı səfirliyinin yaxından iştirakı ilə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışı olub.
Tədbirdə rektor Natalya Lapteva Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılmasının hər iki ölkənin ictimai-siyasi həyatında, eləcə də universitetlərin elmi-pedaqoji fəaliyyətində mühüm əhəmiyyət kəsb edəcəyini bildirib.
Tədbirdə Belarus Respublikası Təhsil Nazirliyinin idarə rəisi Sergey Pişov, Belarus Respublikası Xarici İşlər Nazirliyinin idarə rəisi Sergey Molunov, Azərbaycan Respublikasının Belarusdakı səfirliyinin müşaviri Nizami Rüstəmov, Belarus Respublikası Parlamentinin Beynəlxalq münasibətlər və milli təhlükəsizlik məsələləri daimi komissiyası sədrinin birinci müavini, Belarus Dövlət Universitetinin professoru Andrey Rusakoviç, Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsinin dekanı professor Fikrət Cahangirov, Belarusdakı “Azərbaycan İcması Konqresi”nin Gənclər təşkilatının sədri Olesya Kosoykina Minsk Dövlət Linqvistika Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılmasının əhəmiyyətindən bəhs ediblər.
Qeyd etmək lazımdır ki, son dövrdə dünyanın müxtəlif ölkələrindəki universitetlərdə Azərbaycan Dili və Mədəniyyəti mərkəzləri açılıb. Minsk Dövlət Linqvistika Universitetində açılmış Mərkəz səkkizincidir.
Açılış mərasimindən dərhal sonra Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş “Belarus və Azərbaycan: Tarix, müasirlik və ikitərəfli əməkdaşlığın perspektivləri” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Azərbaycan və Belarus respublikaları arasındakı siyasi, iqtisadi və mədəni əlaqələrin tarixi və ənənələrindən bəhs olunub. Akademik Kamal Abdulla Azərbaycanla Belarus arasındakı əlaqələrin qurulmasında Ulu Öndər Heydər Əliyevin mühüm rolunu qeyd edərək bu əlaqələrin bugünkü səviyyəyə çatmasında Prezident İlham Əliyevin siyasi iradəsini də xüsusi olaraq vurğulayıb.
Digər çıxış edənlər də Azərbaycan və Belarus arasındakı iqtisadi, siyasi, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri, eləcə də Azərbaycan dövlətinin multikulturalizm siyasətindən danışıblar.
Tehsil-press.az