MBBİ-nin əməkdaşları tələbə elmi düşərgəsində iştirak ediblər

MBBİ-nin əməkdaşları tələbə elmi düşərgəsində iştirak ediblər Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) əməkdaşları tələbə elmi düşərgəsində iştirak ediblər.
Tələbə elmi düşərgəsi Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Bir Könüllü” Tələbələrin İctimai Birliyinin “Elm və innovasiya” proqramı çərçivəsində Zuğulba tədris idman kompleksində təşkil olunub. Düşərgənin keçirilməsində əsas məqsəd tələbələr arasında elmi inkişafı dəstəkləmək, tədqiqatçılarla tələbələr arasında əlaqələrin qurulmasına dəstək olmaq, həmçinin müasir dövrdə elm sahəsindəki problemlərin həll yollarını tələbələrə göstərmək olub.
Düşərgənin ilk günü MBBİ-nin Molekulyar biotexnologiya beynəlxalq laboratoriyasının böyük elmi işçisi Aytən Ağayeva “Elm nədir? Tədqiqat necə aparılır? Elmi işlər və yazılar necə hazırlanır?” mövzusunda çıxış edib.
Tədbirdə, həmçinin MBBİ-nin aparıcı elmi işçisi dosent Ulduzə Qurbanovanın iştirakı ilə “Karyera harada başlayır” mövzusu üzrə mentor görüş keçirilib. Tələbə elmi düşərgəsində gənclər elmin fizika, kimya və biologiya sahələrini əhatə edən seminar və təlimlərdə iştirak edib, asudə vaxtlarını əyləncəli proqramlar və komanda işinə hazırlaşmaqla dəyərləndiriblər. Sonda gənclərə sertifikatlar təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər