Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.
Elmi şuranın sədri AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik İradə Hüseynova iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib. İclasda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistratura pilləsi üzrə 2022/2023-cü tədris ili üçün molekulyar biologiya, biotexnologiya, biokimya və bitki fiziologiyası ixtisaslarının tədris planları müzakirədən sonra qəbul olunub.
Təhsil şöbəsinin müdiri Samirə Rüstəmova institutun magistraturasına və fəlsəfə doktoru hazırlığı üzrə dissertanturasına qəbul olanlar haqqında məlumat verib.
Tacikistanın Düşənbə şəhərində keçirilən akademik Y.S.Nasırovun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransdan qayıdan institut əməkdaşları - Şahniyar Bayramov, Ulduzə Qurbanova və gənc alim Aynurə Paşayeva, Türkiyənin Ankara Universitetində ezamiyyədə olmuş Bioadaptasiya laboratoriyasının böyük elmi işçisi Səmra Mirzəyeva yerinə yetirdikləri tədqiqatlar haqqında şura üzvlərini məlumatlandırıblar.
Daha sonra institut əməkdaşlarının İstanbula və Antalyaya ezam edilməsi məsələlərinə baxılıb. İclasda, həmçinin Xloroplastların fotokimyası laboratoriyasının aparıcı elmi işçisi dosent Fazilə Qasımovanın 65 illik yubileyinin keçirilməsi və digər təşkilati məsələlər müzakirə olunaraq uyğun qərarlar qəbul olunub.
Tehsil-press.az