Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “SABAH” qruplarının inşaat mühəndisliyi ixtisasında təhsil alan tələbələri üçün təlim keçirilib.
“İnşaat mühəndisliyində ilk addımlar” adlı təlimdə “Hill Academy”nin peşəkar mütəxəssisləri - Ərəstun Həsənov, Yaqub Mehdiyev və Araz Qurbanlı inşaat sahəsində beynəlxalq standartların tələblərinə cavab verən yüksəkixtisaslı mühəndis kadrlarının hazırlanması istiqamətində geniş təqdimatla çıxış ediblər.
Təqdimatlardan sonra onlar öz təcrübələrini tələbələrlə bölüşüb, bu sahədə karyera imkanlarından danışıblar.
Təlimin yekununda tələbələrin sualları cavablandırılıb, mövzuya dair fikir mübadiləsi aparılıb.
Tehsil-press.az