Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində bu fakültənin məzunu, Vətən müharibəsi qazisi, baş leytenant Qədir Daşdəmirov ilə görüş olub.
Professor və müəllimlərin, tələbələrin iştirak etdikləri görüşdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin əziz xatirəsi anılıb.
Tədbirin moderatoru – BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, Birinci Qarabağ müharibəsinin veteranı Knyaz Aslan baş leytenant Qədir Daşdəmirov haqqında ətraflı məlumat verib. Bildirilib ki, Q.Daşdəmirov tələbəlik illərində özünün yüksək intellekti, bilik və bacarığı, vətənpərvərliyi ilə müəllimlərinin, fakültə kollektivinin böyük rəğbətini qazanıb: “2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin başladığı ilk anlardan baş leytenant Qədir Daşdəmirov düşmənə qarşı döyüşə başlayıb. 44 günlük Vətən müharibəsində şərəfli döyüş yolu keçib, torpaqlarımızın azadlığı uğrunda böyük fədakarlıq göstərib. Ön xətdə ağır yaralanan Q.Daşdəmirov “YAŞAT” Fondunun dəstəyi ilə qardaş Türkiyədə müalicə olunub. Onun qəhrəmanlıqları dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə baş leytenant Qədir Daşdəmirov “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda”, "Cəsur döyüşçü" və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub”.
Qazi Qədir Daşdəmirov çıxış edərək 44 günlük Vətən müharibəsində keçdiyi döyüş yolundan danışıb. Müzəffər Azərbaycan Ordusunun zabiti olması ilə qürur duyduğunu söyləyib, bundan sonra da hər an Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmrlərini yerinə yetirməyə hazır olduğunu ifadə edib. Qarabağda aparılan son antiterror tədbirlərindən bəhs edən Qədir Daşdəmirov dövlətimizin suverenliyinin tam bərpa olunmasının xalqımızda yüksək əhvali-ruhiyyə, gələcəyə daha böyük inam yaratdığını bildirib.
Tehsil-press.az