BDU-da qazilərlə görüş

BDU-da qazilərlə görüş Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Vətən müharibəsi iştirakçıları ilə görüş olub.
Görüşdə Vətən müharibəsi qaziləri İsmayıl Hacıyev, Elşən Cəbrayılov, Fərid Bağırlı, Cavid Həsənov, Emin Əzimzadə, Şahmurad Baxışəliyev, Təbriz Zöhrablı, Ruslan Şıxıyev, Şahin İbrahimov, Yusif Fərəcov, Səid Kərimov, Namiq Əhmədov, BDU-nun professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Qazilərdən Şahin İbrahimov, Yusif Fərəcov, Səid Kərimov Kimya fakültəsinin məzunu, Namiq Əhmədov isə I kurs tələbəsidir.
Kimya fakültəsinin dekanı Fuad Kərimli bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Ordumuzun gücü ilə 44 günlük Vətən müharibəsində biz böyük Zəfər qazandıq, torpaqlarımız işğaldan azad olunub.
Dekan müavini Taleh Qəhrəmanov və fakültənin dosenti Elgül Abdullayeva çıxışlarında qeyd ediblər ki, 44 günlük Vətən müharibəsi zamanı igid əsgər və zabitlərimiz qəhrəmanlıq tarixi yazdılar, biz bu tariximizlə qürur duyuruq. Bu gün azad edilən torpaqlarımızda da üçrəngli bayraqlarımız əzəmətlə dalğalanır.
Sonra Vətən müharibəsi iştirakçıları keçdikləri döyüş yolundan bəhs ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər