Prorektor: 295 tələbə UNEC-in xüsusi təqaüdünü qazanıb

Prorektor: 295 tələbə UNEC-in xüsusi təqaüdünü qazanıb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) iqtisadi məsələlər üzrə prorektoru Nəsimi İsmayılov “UNEC 100” İnkişaf Strategiyası üzrə 2022-ci ildə maliyyənin idarə edilməsində səmərəliliyin yüksəldilməsi istiqamətində görülən işlər barədə hesabat verib.
Hesabatda bildirilib ki, ötən il 295 tələbə UNEC-in xüsusi təqaüdünü (600+, olimpiada qalibləri olan abituriyentlər, TOP15) qazanıb. Başqa qurumlardan (“Paşa Holdinq”, “Kapital Bank” və s.) təqaüd alan tələbələrin sayı isə 41 nəfər olub.
Prorektor universitetdə kənar qurum tərəfindən aparılmış maliyyə auditinin müsbət nəticələri, kommersiya yönümlü Ömürboyu Təhsil Mərkəzinin təşkil etdiyi kurslar və qrant layihələrindən əldə olunan gəlirlər və s. barədə məlumat verib. Həmçinin UNEC-in qeyri-təhsil haqqı gəlirlərinin artırılması, tələbələrin yataqxanadan istifadə imkanları barədə təkliflərlə çıxış edib.

Tehsil-press.az

Oxşar xəbərlər