Azərbaycan İlahiyyat İnstitutu Yozqat Bozok Universiteti ilə əməkdaşlığı genişləndirir

Azərbaycan İlahiyyat İnstitutu Yozqat Bozok Universiteti ilə əməkdaşlığı genişləndirir Türkiyənin Yozqat Bozok Universitetinin prorektoru professor Güngör Yılmaz və ali təhsil müəssisəsinin əməkdaşı Volkan Demirel Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olublar.
Görüşdə Aİİ rektoru, dosent Aqil Şirinov rəhbərlik etdiyi institutun fəaliyyəti, beynəlxalq əlaqələri haqqında məlumat verib.
Professor Güngör Yılmaz Azərbaycan İlahiyyat İnstitutu ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı və maraqlı olacağını vurğulayıb. O, iki ali təhsil müəssisəsi arasında imzalanan əməkdaşlıq protokolu əsasında həyata keçirilə biləcək layihələri diqqətə çatdırıb.
Protokolda hər iki ali məktəbin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqatların aparılması, birgə layihələrin reallaşdırılması və s. nəzərdə tutulur.

Tehsil-press.az


Oxşar xəbərlər