Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri Ukraynada bir araya gəlib

Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri Ukraynada bir araya gəlib Avropa İttifaqına üzv bütün 27 dövlətin xarici işlər nazirləri qeyri-rəsmi görüş üçün Kiyevə gəlib.
Bu barədə Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Jozep Borrel bildirib.
Görüş zamanı digər məsələlərlə yanaşı, Ukrayna üçün daha uzunmüddətli hərbi yardım öhdəlikləri və Kiyevin Avropa İttifaqına üzvlüyü məsələsi müzakirə olunacaq.
Səfərin Ukrayna üçün simvolik əhəmiyyətini vurğulayan Jozep Borrel bunu “tarixi görüş” adlandırıb.
Almaniyanın xarici işlər naziri Annalena Berbok isə öz növbəsində Ukraynanın enerji sistemini Rusiyanın hücumlardan müdafiə etmək üçün tədbirlər görməyə çağırıb. Onun sözlərinə görə, buraya Ukraynanın hava hücumundan müdafiə sisteminin genişləndirilməsi və Kiyevə elektrik generatorlarının tədarükünün artırılması daxildir.
Qeyd edək ki, Kiyevdə keçirilən görüş Avropa İttifaqının bütün xarici işlər nazirlərinin quruma üzv olmayan ölkədə ilk toplanışıdır.

Tehsil-press.az



Oxşar xəbərlər