Bakı Dövlət Universitetinin (BDU) Hirş indeksi 59-a çatıb.
Elmi yenilikləri və innovasiyaları tədris prosesinə tətbiq etməklə “təhsil-elm-istehsalat” formatında fəaliyyətin qurulması, insan kapitalının inkişafında aparıcı mövqenin qorunması, tələbələrdə tədqiqatçılıq vərdişlərinin formalaşdırılması üçün ölkədaxili və beynəlxalq əməkdaşlığın yeni müstəviyə yüksəldilməsi, habelə dünyanın tanınmış ali təhsil müəssisələri ilə mübadilə əsasında professor-müəllim heyətinin təcrübəsinin artırılması, ölkənin və cəmiyyətin sosial-iqtisadi problemlərinin həllində iştirak edən “Tədqiqat Universiteti”nə çevrilməsi BDU-nun gələcəyə baxışının əsas tərkib hissəsini təşkil edir.
Təcrübə mübadiləsinin, birgə elmi-tədqiqatların aparılması məqsədilə əməkdaşların, doktorant və tələbələrin vaxtaşırı dünya miqyasında tanınmış universitetlərə, tədqiqat institutlarına və sənaye yönümlü elmi-tədqiqat mərkəzlərinə ezam olunması, dünyanın müxtəlif ölkələrindən alim və mütəxəssislərin ustad dərslərinin, mühazirələrin və elmi seminarların təşkil olunması artıq öz bəhrəsini verməkdədir. Belə ki, “Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, BDU-nun Hirş indeksi son bir ay ərzində yenidən artaraq 59 olub. Hər bir əsərə istinadların orta sayı isə 7.19-a qədər yüksəlib.
Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorantları və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 4144 elmi əsər nəşr etdirilib. Bu əsərlərə 29 mindən çox istinad edilib.
Qeyd edək ki, BDU-da fizika, riyaziyyat, kimya, biologiya, pedaqogika, psixologiya, tarix, fəlsəfə, filologiya, yer elmləri, texnika elmləri, hüquq elmləri, iqtisad elmləri, siyasi elmlər kimi sahələr üzrə 200-ə yaxın mövzuda tədqiqatlar aparılır. Son illər BDU-da interdisiplinar və multidisiplinar tədqiqatlara üstünlük verilir. Bunun nəticəsidir ki, artıq humanitar-ictimai elm sahələri üzrə indekslənmiş jurnallarda dərc olunan elmi əsərlərin sayı və keyfiyyəti artır.
Tehsil-press.az