Yəhudilər atəşkəs üçün ABŞ Konqresində aksiya keçirirlər

Yəhudilər atəşkəs üçün ABŞ Konqresində aksiya keçirirlər Amerika yəhudiləri Vaşinqtonda ABŞ Konqresində oturaraq etiraz aksiyası keçirirlər.
Onlar İsraillə HƏMAS arasında atəşkəs olması üçün çağırış ediblər.
Atəşkəs tələblərini ABŞ qanunvericilərinə çatdırmaq üçün Konqresin binasında oturaraq etiraz aksiyası keçirən nümayişçilər "Atəşkəs indi" şüarını səsləndirib.
Nümayişçilər Qəzza zolağında atəşkəs elan edilməyənə qədər Konqresi tərk etməyəcəklərini bildiriblər.
Polis nümayişçilərə müdaxilə edərək onları Konqres binasından çıxarmağa çalışıb.
***
Aksiyada 100-ə yaxın adamın hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı bildirilir.
Bir çox nümayişçilər isə polis maşınları ilə ərazidən uzaqlaşdırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər