2003-cü il oktyabr ayının 15-də xalqımızın dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müdrik daxili və xarici siyasətini uğurla davam etdirməyə başladı. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyərək müqəddəs “Qurani-Kərim”ə və Azərbaycan Respublikasının Konstitusiyasına and içən dövlətimizin başçısı verdiyi bütün vədlərin yerinə yetirilməsi üçün gecə-gündüz çalışdı və buna tamamilə nail oldu. İyirmi il ərzində Prezident olduğu dövrə nəzər salsaq görərik ki, İlham Əliyev əsrlərə sığmayan fəaliyyəti ilə bütün amalı insanlara xidmət etmək, xalqa arxalanmaq, onunla bir olmaq, mənafeyini qorumaq, dövlət maraqlarını təmin etmək kimi şərəfli tarixi missiyanı həyata keçirməyə müvəffəq olub. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil Azərbaycan dövlətinin müasir dövrdə hərtərəfli inkişafını həyata keçirdi, xalqının rifahı yolunda əlindən gələni əsirgəmədi, dövlətçiliyimizin, ərazi bütövlüyümüzün keşiyində hər zaman möhkəm dayanaraq ölkəmizi etibarlı tərəfdaş kimi dünya müstəvisində yüksək səviyyədə təsdiq etdi.
Bunu Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri tarix elmləri doktoru, professor İradə Hüseynova söyləyib. O bildirib ki, İlham Əliyev 20 il əvvəl prezident seçiləndə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağını, işğalçı ermənilərin qədim və müqəddəs torpaqlarımızdan çıxarılacağını, məcburi köçkünlərin öz dədə-baba yurdlarına geri dönəcəklərini qəti əminliklə bəyan etmişdi. Vədinə xilaf çıxmadı, sözünü yerinə yetirdi – Azərbaycan Respublikası Ermənistanın hərbi birləşmələri tərəfindən zəbt olunmuş ərazilərini azad etdi. Azərbaycan xalqı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız hamılıqla doğma torpaqlarımızın işğaldan azad ediləcəyinə hər zaman əmin idi. Bu əminliyi, bu inamı yaradan, mərdliklə, peşəkarlıqla, böyük məharətlə ərazi bütövlüyümüzü təmin edən Prezidentimiz, müdrik sərkərdəmiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir!
“O, ata vəsiyyətini də yerinə yetirdi və Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində, habelə daha bir neçə şəhərimizdə Azərbaycanın Dövlət Bayrağını yenidən ucaltdı. Bu, Azərbaycan xalqının tarixində qürurverici bir gündür. Bütün bu və digər nailiyyətlərimizin memarı və müəllifi Müzəffər Ali Baş Komandan, 55 milyonluq dünya azərbaycanlılarının lideri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir!”, - deyə professor bildirib.
İ.Hüseynova Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 illik müddətin Azərbaycanın şanlı tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olduğunu vurğulayıb: “İlham Əliyevin müdrik rəhbərliyi ilə 2003-cü ildən etibarən həyatımızın müxtəlif sahələrində əsaslı uğurlara nail olmuşuq. Bu uğurlar sayca və keyfiyyətcə o qədər çoxdur ki, burada yalnız kiçik bir qismini sadalaya bilərik. Elə 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə görülən möhtəşəm işlərə qısaca diqqət yetirsək, kifayət edər. Postmünaqişə dövründə Azərbaycan makroiqtisadi sabitliyi qoruyub saxlayıb, iqtisadi artım bərpa olunub. 2021-ci ilin elə ilk ayından başlayaraq işğaldan azad edilmiş ərazilərimizdə başlanılan sürətli və çoxşaxəli işlər müxtəlif istiqamətləri əhatə edir: minalanmış ərazilərin təmizlənməsi, Füzulu, Laçın və Zəngilan beynəlxalq hava limanlarının, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi, 30 illik fasilədən sonra Şuşada Xarıbülbül festivalının keçirilməsi, Zəngilan rayonunda “ağıllı kənd” layihəsinə başlanılması və soydaşlarımızın Ağalı kəndinə köçürülməsi və s. Artıq Füzuli və Zəngilan Beynəlxalq Hava limanları fəaliyyətə başlayıb. Ölkə rəhbərliyinin təşəbbüsü və iştirakı ilə möhtəşəm işlər davam edir, düşmən tərəfindən tamamilə dağıdılmış şəhər, kənd və qəsəbələrimiz yenidən abadlaşdırılır, hətta əvvəlkindən daha gözəl olur.
Prezidentin ölkədə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft-qaz yataqlarınının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu xətti haqqında müqavilələrin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycanın dünyaya inteqrasiyasında mühüm xidmətlərini xüsusi vurğulamaq lazımdır. Azərbaycan qazının Avropaya birbaşa nəqlini hədəfləyən “Şahdəniz-2”, TANAP və TAP kimi yeni transmilli layihələr dünyanın ən iri və perspektivli enerji layihələrindən sayılmaqdadırlar”.
Alimin fikrincə, siyasi sabitliyin, iqtisadi tərəqqinin bərqərar olduğu ölkəmizdə bir-birini əvəz edən və ən qüdrətli dövlətləri belə heyrətləndirən nailiyyətlərin qazanılması Azərbaycanda idarəetmə sisteminin planlı surətdə düzgün təşkil olunmasının göstəricisidir: “Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olub. Son 20 il ildə paytaxtda və regionlarda 3630 məktəb, 760-dək səhiyyə müəssisəsi tikilib və ya əsaslı təmir olunub. Əhalinin sosial müdafiəsi, xüsusilə ən həssas kateqoriyadan olan insanların sosial təminat məsələləri, bütövlükdə əhalinin sosial-iqtisadi rifahının yaxşılaşdırılması ölkəmizin rəhbərinin daim diqqət mərkəzində olub.
Hər il dövlət büdcəsi tərtib edilərkən onun sosialyönümlü olmasına xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, 2003-2023-cü illərdə sosial təyinatlı büdcə xərcləri 20 dəfədən çox artıb. Prezident İlham Əliyevin rəhbərliyi altında keçən dövrdə orta aylıq nominal əməkhaqqı 12 dəfə, minimum əməkhaqqı isə 38 dəfədən çox artıb. Son 20 ildə orta aylıq pensiya 18 dəfəyə yaxın, minimum pensiya məbləği isə 14 dəfə yüksəlib”.
Professor vurğulayıb ki, xalqın öz Prezidentinə olan böyük etimadı əsası Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş möhtəşəm inkişaf strateji istiqаmətinin bütünlüklə dəstəklənməsi deməkdir. Bu kursun qətiyyətlə davam etdirilməsi hazırda çağdaş dünyanın daha çox inkişaf etmiş demokratik sisteminə fəal inteqrasiya edən cəmiyyətimizin həyatının bütün sahələrinin modernləşməsinin təmin olunmasında yetərincə mühüm amildir.
“Əminik ki, Prezident İlhаm Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası təlatümlü, bütün bəşəriyyət üçün taleyüklü əhəmiyyət kəsb edən bir dövrdə Qərb və Şərq sivilizasiya sistemlərini birləşdirən etibarlı körpü olaraq yeni-yeni uğurlar qazanacaq. Çünki Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Onun daxili və xarici siyasətini, ideyalarını Prezident İlham Əliyev 2003-cü ildən etibarən uğurla davam etdirir. Məhz İlham Əliyevin apardığı çoxşaxəli müdrik siyasəti, əldə etdiyi tarixi nailiyyətləri artıq 20 ildir ki, ölkədə dayanıqlı inkişafı, iqtisadi tərəqqini, ictimai-siyasi sabitliyi təmin edir, xalqın rifah halının yüksəldir, ölkə vətəndaşlarının dövlət başçısının ətrafında getdikcə daha sıx birləşməsinə səbəb olur, dünya miqyasında Azərbaycanın beynəlxalq imicini, etibarlı tərəfdaşlığını təsdiq edir”, - deyə İ.Hüseynova fikrini yekunlaşdırıb.
Tehsil-press.az