Araşdırmalar göstərir ki, ABŞ erməni icmasının sayına görə dünyada birinci yeri tutur. Sayca bir çox diasporları geridə qoyan Amerika ermənilərinin bu gün üzləşdiyi problemlər daha ciddidir və bu yazıda onların bəzilərinə diqqət etməyə çalışacağıq. Təhlilçilər bildirirlər ki, ermənilərin yaşadıqları bütün ölkələrdə, o cümlədən də ABŞ-də parçalanma, siyasi marginallaşma və assimilyasiya təhlükəsinin daha da artdığı açıq-aydın hiss olunur.
Analitik təhlillərə və sosioloji araşdırmalara görə ABŞ-dəki erməni diasporunun problemlərinin getdikcə dərinləşməsi erməni icmasının müxtəlif təbəqələri arasında rəqabət mühitini çirkinləşdirir, xüsusilə ənənəvi və müasir diaspor arasında qeyri-sağlam mühit yaradır. Əsasən siyasi prioritetlərlə bağlı “maraqların toqquşması”nın meydana çıxması diasporlar arasında əlaqələri tamamilə zəiflədir, qeyd olunan iki təbəqənin qarşılıqlı inteqrasiyası problemini aktuallaşdırır.
Müşahidələrə görə ABŞ-dəki kənardan güclü görünən erməni icmasının əslində praktiki olaraq fəaliyyət sahəsi xeyli daralıb və dolayısı ilə təsir imkanları da məhdudlaşıb.
Erməni icması hələ də əsas vəzifəsini erməni “soyqırımı”nın tanınması hesab edir. Onlar digər vəzifələrini, daha doğrusu “soyqırımın” tanınması və pislənməsi ilə müqayisədə ikinci dərəcəli vəzifələrini Qarabağla bağlayırlar.
Tarix göstərir ki, ABŞ-dəki erməni lobbi təşkilatları prezident seçkilərinə münasibətlərini də namizədlərin saxta soyqırımı iddiası ilə bağlı vədləri fonunda müəyyən edir. Prezidentliyə namizəd seçiləcəyi təqdirdə erməni icmasına “erməni soyqırımını” tanıyacağına söz verdiyi halda erməni lobbisi də ona dəstək vermək qərarına gəlir.
Demək olar ki, eyni ssenari illərlə təkrarlanır və zaman göstərir ki, əksər hallarda erməni icmasının ümidləri puça çıxır.
Nəhayət, unutmaq olmaz ki, lobbiçilik fəaliyyətinin imkanları hüdudsuz deyil. Lobbistlərin qarşıya qoyduqları məqsədlər dövlətin milli maraqları ilə toqquşduğu məqamda sərf olunan vəsait havaya sovrulmuş olur və bu məqsədlə edilən bütün səylər heçə enir. Araşdırmalar erməni diasporunun da aqibətinin məhz buna məhkum oluduğunu göstərir.
ABŞ-dəki erməni icması ilə bağlı bəzi məsələlərə daha dərindən nəzər yetirsək görərik ki, hazırda onların əsas problemlərindən biri assimilyasiya təhlükəsidir. Burada fəaliyyət göstərən erməni məktəbləri şəbəkə halı alıb, buna baxmayaraq, ermənişünaslıq mərkəzlərinin, ictimai-siyasi, xeyriyyə, mədəni və idman strukturlarının fəaliyyəti artıq qənaətbəxş sayılmır və onların gözlədikləri nəticəni vermir. Müşahidələrə görə klassik diaspor arasında erməni dili durmadan öz mövqeyini itirməkdədir. Hətta vəziyyət o həddə çatıb ki, erməni məktəblərində şagirdlər erməni dilində danışmaqda belə çətinlik çəkir, onu əsas dil planından çıxarmağa meyillənirlər.
ABŞ ermənilərinin başqa bir məsələnin şişirdilməsinə, daha doğrusu qarışıq nikahlara üstünlük vermələrinin müsbət tərəflərini qabartmalarına baxmayaraq, bu da erməni diasporunun əsas problemlərindən biri hesab olunur və assimilyasiyanı durmadan dərinləşdirir.
Bu ölkədəki erməni lobbisinin səyləri ilə “erməni soyqırımı” məktəb kurikulumunun Amerika tarixinə daxil edilib. Misal üçün Kaliforniyanı göstərmək olar. Analitiklər bunu əslində erməni kimliyinin əleyhinə işləyən amil hesab edir, bu və bunun kimi faktların erməni kimliyinin qorunub saxlanması nöqteyi-nəzərindən mənfi hal olduğunu qeyd edirlər.
Başqa bir məqama da diqqət çəkmək vacibdir. Ermənilərin dünyadakı ən “görkəmli” nümayəndələrindən biri sayılan Kim Kardaşyan illərdir ki, Türkiyəni təzminat ödəməyə məcbur etmək istiqamətində iş aparır. Lakin, o və onun kimilərin timsalında erməni diasporunun dünyada erməni maraqlarını lobbiləşdirilmək ideyasının iflasa uğradığını görməmək mümkün deyil. ABŞ statistik xidmətinin məlumatları Kim Kardaşyanın illik gəlirinin milyonlarla dollar dəyərində ölçüldüyünü göstərir. Forbes-in 2022-ci il üzrə hesabatında ümumi varidatının həcminin 1.8 milyard dollar olduğu bildirilən Kim Kardaşyan ötən il təkcə bir marka hesabına 500 milyon dollar civarında gəlir əldə etdiyini özü açqlamışdı. Bütün bunların fonunda Ermənistanda yaşayan əhalinin illik gəliri olduqca miskin görünür.
Bundan başqa bu günlərdə dünyaca məşhur brendin siması olan, milyonlarla vəsait əldə edən başqa bir erməninin terror təşkilatına qoşulmasını elan etməsi bir daha erməni diasporunun xarakterini açır və onların məşhur markalara deyil, terrorçu obrazına daha çox uyğun olduqlarını sübut edir.
Sual yaranır, dünyadakı, xüsusilə ABŞ-dəki erməni diasporunun ürəyi öz “tarixi vətəni” ilə bərabər vurursa, onların beynindəki “Böyük Ermənistan” xülyaları bitmək bilmirsə, nə üçün Ermənistanda səfil vəziyyətində, sosial gərginlik içində yaşayan ermənilərin həyat səviyyəsi ilə öz həyat səviyyələri arasındakı fərqi görmürlər? Nə üçün bu fərqi azaltmağa cəhd etmirlər? Niyə Ermənistan əhalisinin Cənubi Qafqazda təhlükəsiz mühitdə, sülh şəraitində yaşayan insanlara çevrilməsinə mane olurlar? Niyə “uğurlu” ermənilər Ermənistanda deyil, ABŞ-də, Avropada yaşayan ermənilərdir? Niyə erməni diasporunun milyonlara sahib olan üzvləri İrəvanı Cənubi Qafqazın ən gözəl şəhəri səviyyəsinə qaldıra bilmirlər?
Dünyadakı erməni icmasının ABŞ-də rahat və bahalı həyat sürən üzvləri Ermənistanda ağır şəraitdə yaşamağa, ən yaxın qonşusuna düşmən olmağa məcbur edilən sadə ermənilər üçün Azərbaycan vətəndaşlığının böyük fürsət anı olduğu barədə düşünürlərmi? Sualın cavabı çox sadədir - xeyir, düşünmürlər.
Bütün bu fakt və mülahizələr belə qənaətə gəlməyə əsas verir ki, erməninin ən böyük düşməni elə erməni diasporudur və indi xaricdəki erməni icmaları tarixinin “ən mühüm” missiyasını yerinə yetirir - Qarabağda “erməni xəyalları”nın iflasını uzaqdan izləmək missiyasını.
Tehsil-press.az