BDU rektoru qəbul imtahanlarında ən yüksək nəticə göstərən tələbələrlə görüşüb

BDU rektoru qəbul imtahanlarında ən yüksək nəticə göstərən tələbələrlə görüşüb Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev 2023-2024-cü tədris ili üzrə qəbul imtahanlarında 670-dən yuxarı bal toplayan BDU tələbələri Nuranə Payızova, Kübra Həsənzadə, Zəhra Hüseynova, Aysu Rəcəbova və Səmayə Abbasquliyeva ilə görüşüb.
E.Babayev tələbələri qəbul imtahanlarında qazandıqları yüksək nəticələrə görə təbrik edib, onlara uğurlar arzulayıb. Rektor diqqətə çatdırıb ki, son 3 ildə BDU-da riyaziyyat müəllimliyi ixtisasına qəbul üzrə yüksək bal Hüquq fakültəsinin ən yüksək balı ilə demək olar ki, bərabərləşib. Bu, çox sevindirici haldır. “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi zamanı qazandığımız böyük Qələbədən sonra doğma Qarabağımızda və ölkəmizin hər yerində yüksəkixtisaslı mütəxəssislərə böyük ehtiyac var. Sizin bu missiyanı şərəflə yerinə yetirəcəyinizə, ölkəmizi layiqincə təmsil edəcəyinizə əminəm”, - deyə E.Babayev bildirib.
Rektor tələbələrə təkcə tədrisdə deyil, BDU-nun sosial və ictimai həyatında da fəal olmağı tövsiyə edib.

Tehsil-press.az


Oxşar xəbərlər