BDU əməkdaşları Afina Milli Texniki Universitetində müzakirələr aparıblar

BDU əməkdaşları Afina Milli Texniki Universitetində müzakirələr aparıblar Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının əməkdaşları Mustafa Muradov və Orxan Güləhmədov Yunanıstan Respublikasının Afina Milli Texniki Universitetində “Elm və Texnologiyada Avropa Əməkdaşlığı” (European Cooperation in Science and Technology – COST) proqramının CA19118 qrant layihə iştirakçılarının 3-cü toplantısında 2023-cü il ərzində görülən işlər haqqında müzakirələr aparıblar.
Müxtəlif COST ölkələrindən (Almaniya, Yunanıstan, Türkiyə, Bolqarıstan, Polşa, Çexiya və s.) olan nümayəndələrin iştirak etdikləri toplantıda karbon nanomaterialları, onların sensor texnologiyalarında istifadəsi, gələcək prioritetlər və istiqamətlər barəsində aparıcı mütəxəssislərin məruzələri dinlənilib. Eyni zamanda, toplantı çərçivəsində Afina Milli Texniki Universitetinin laboratoriyaları ilə tanışlıq olub. BDU-nun əməkdaşları müxtəlif ölkələrin nümayəndələri ilə elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi və yeni birgə layihələrin hazırlanması barədə ətraflı müzakirələr aparıblar.
Tədbirdə “Erasmus+CBHE” proqramı çərçivəsində yeni layihənin hazırlanması ilə bağlı razılıq əldə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər