AMEA-nın Şəki Regional Elmi Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa təşkil edilib.
Tədbirdə çıxış edən Mərkəzin direktoru dosent Yusif Şükürlü Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin öz mənalı və zəngin ömrünü bütövlükdə xalqına, Vətəninə və dövlətinə həsr etdiyini söyləyib.
Ulu Öndərin üzərinə götürdüyü xilaskarlıq missiyasından və onu şərəflə, ləyaqətlə yerinə yetirməsindən danışan direktor qeyd edib ki, bu gün bütün sahələrdə dahi Liderin ideyaları özünü göstərir. Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra Mərkəzin elmi işçiləri Aygün İsmayılova “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir”, Təranə Abdullayeva “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə Ümummilli Liderin siyasi kursuna uyğun olaraq ölkəmizdə aparılan islahatların verdiyi müsbət nəticələrdən, eləcə də Azərbaycan dövlətini dünyada təmsil edə bilən, ölkənin hərtərəfli inkişafında yaxından iştirak etməyə qadir olan gənclərin yetişməsi üçün yaradılmış şəraitdən bəhs edilib. Eyni zamanda, Ulu Öndərin hələ sovet dövründə Azərbaycanın çiçəklənən respublikaya çevrilməsində, milli kadrların yetişdirilməsində, müstəqilliyin bünövrəsinin qoyulmasındakı misilsiz xidmətlərindən söz açılıb. Diqqətə çatdırılıb ki, dahi Liderin müstəqillik illərində də digər sahələr kimi elm və təhsilin inkişafını diqqətdən kənarda qoymaması və bu sahənin problemlərinin kompleks şəkildə həlli üçün inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə tarixi sərəncam və fərmanlar imzalaması respublikamızın inkişaf perspektivlərini müəyyənləşdirən vacib addımlardandır.
Sonda məruzələr ətrafında müzakirələr aparılıb.
Tehsil-press.az