Azərbaycanın Fransadakı səfirliyi və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) və Azərbaycan-Fransa Məzunlar Birliyinin təşkilatçılığı ilə “Parisdə 1-ci şəbəkələşmə” tədbiri keçirilib.
Tədbirdə Fransadakı səfirimiz Leyla Abdullayeva çıxış edərək, Azərbaycanın beynəlxalq və regional münasibətlərdəki rolundan danışıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun lider ölkəsi olan Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb və bu gün qlobal dialoqda fəal iştirak edir.
Səfir Azərbaycanın bir çox beynəlxalq təşkilatlara sədrliyindən danışıb, müstəqilliyini bərpa etdiyi bu qısa müddətdə ölkəmizin əldə etdiyi böyük nailiyyətlərdən bəhs edib. Azərbaycan ərazi bütövlüyünü və bütün ərazisi üzərində suverenliyini bərpa etdiyini bildirən səfir vurğulayıb ki, Azərbaycan regionda ən böyük inkişaf potensialına malik, eləcə də müstəqil siyasət aparan ölkədir. O, ölkəmizin çox həssas bir geosiyasi məkanda yerləşdiyini diqqətə çatdırıb.
Azərbaycan dövlətinin gənclər siyasətindən söz açan Leyla Abdullayeva əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Bildirib ki, söhbət gənclikdən və gənclərdən gedəndə ilk qeyd olunan təhsildir. Təhsil dövlətimiz üçün əsas prioritetlərdəndir. Çünki təhsilli, müxtəlif sahələrdə biliklərə malik insanlar həm ölkənin, həm özlərinin inkişafına töhfə verir.
Səfir Azərbaycan-Fransa əlaqələrindən, beynəlxalq təhsil sferasının inkişafından və gənclərimizin xaricdə təhsil zamanı birliyinin önəmindən söz açıb.
Tədbirdə Fransada təhsil, təmsilçilik, yerli icmalarla əlaqələrin qurulması, magistr, doktorantura təhsili zamanı yaranan çətinliklər və ASAP, onun fəaliyyəti, Fransada keçiriləcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanlı gənclərin təhsil aldıqları zaman yaranan problemləri dinlənilib. Ölkəmizin Fransada olan səfirliyi tərəfindən, eləcə də ASAP tərəfindən onlar üçün yaradılan imkanlardan danışılıb.
Tədbir müzakirələrlə davam edib.
Sonda ASAP-ın Fransa nümayəndəliyinin rəhbəri İlhamə Nəsibova çıxış edərək tədbirin təşkilatçılarına və dəstək verən qurumlara təşəkkürünü bildirib.
Tehsil-press.az