ADPU-da Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş stend açılıb

ADPU-da Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş stend açılıb Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş stendin açılışı olub.
Tədbirdə universitetin rektoru, professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, ümumi işlər üzrə prorektor Tural Cəlilov, rektorun müşaviri Ümid Mehdiyev, tədris departamentinin direktoru, dosent Sənan Əliyev, İbtidai təhsil fakültəsinin dekanı professor Qızxanım Qəhrəmanova, kafedra müdiri, professor Fərrux Rüstəmov və professor Əbülfət Pələngov, dekan müavinləri, müəllim və tələbələr iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Stendin açılışı İbtidai təhsil fakültəsinin tələbələrinin təqdim etdiyi vətənpərlik ruhunda kompozisiyaların müşayiəti ilə gerçəkləşib.
Sonra Cəfər Cəfərov tələbələrlə görüşüb. Dərs prosesini izləyən rektor tələbələrin təəssüratlarını dinləyib, onlara təhsil həyatlarında uğurlar arzulayıb.

Tehsil-press.az



Oxşar xəbərlər