Pedaqoji Universitetdə “Şəhidliyin Muxtar zirvəsi” adlı tədbir keçirilib

Pedaqoji Universitetdə “Şəhidliyin Muxtar zirvəsi” adlı tədbir keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi baş leytenant Muxtar Qasımlının xatirəsinə həsr olunmuş “Şəhidliyin Muxtar zirvəsi” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbiri Kimya və biologiya fakültəsinin dekanı dosent Elnarə Mehbalıyeva açaraq şəhidlərimizin əbədi xatirəsindən danışıb.
Şəhidin valideynləri Almaz Qasımova və Əli Qasımov göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Mərasimdə tələbələr kompozisiya və səhnəciklər təqdim edib, şeirlər söyləyiblər. Şəhidin xatirəsinə həsr edilən videoçarxlar nümayiş olunub.

Tehsil-press.az

Oxşar xəbərlər