Pedaqoji Universitetdə “Vətən mənim səsimdir” adlı tədbir keçirilib

Pedaqoji Universitetdə “Vətən mənim səsimdir” adlı tədbir keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin təşkilatçılığı ilə universitetin Heydər Əliyev Mərkəzində Zəfər Gününə həsr olunmuş “Vətən mənim səsimdir" adlı tədbir keçirilib.
Tədbirdə şəhid ailələri, qazilər, bu ali təhsil ocağının professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
ADPU-nun Heydər Əliyev Mərkəzinin müdiri Tahir Süleymanov, Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının professoru Mübariz Əmirov, fakültənin dekan müavini Paşa Quluzadə və digərləri çıxışlarında Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsində şanlı Qələbənin önəmindən, bu tarixi Zəfəri şərtləndirən amillərdən, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığından söz açıblar.
Tədbirdə tələbələrin hazırladıqları videoçarxlar, 44 günlük Vətən müharibəsi ilə əlaqədar yerli və xarici mediada yayımlanan xəbərlərin gənc tələbələrin dilindən səsləndirilməsini əks etdirən görüntülər nümayiş etdirilib, ədəbi-bədii kompozisiya təqdim olunub.

Tehsil-press.az



Oxşar xəbərlər