AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmi müəssisənin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Ana Hümmətlinin “Türk dünyasının mümtaz oğlu Salman Mümtaz” kitabının təqdimat mərasimi keçirilib.
Bişkekdə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Azərbaycan dilində nəşr olunmuş kitab böyük türk oğlu, Azərbaycan ədəbiyyat və mədəniyyətinin görkəmli nümayəndələrindən biri, ədəbiyyatşünas, mətnşünas, dilçi, şair, publisist Salman Mümtazın (1884-1941) yaradıcılığına həsr olunub. Kitabın elmi məsləhətçisi filologiya elmləri doktoru, professor Paşa Kərimov, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Yaqubqızı və şərqşünas, böyük elmi işçi Hacı Mustafa Mailoğludur.
Kitabda müəllifin Salman Mümtazın elmi, ədəbi, əlyazma irsi ilə əlaqədar apardığı tədqiqatların nəticəsində aşkar etdiyi dəyərli faktlardan, xüsusilə repressiya illərində itmiş və nəhayət, arxivlərdən tapdığı və tədqiqata cəlb etdiyi “100 şair” təzkirəsindən və bu günədək məlum olmayan, dil tarixi baxımından dəyərli “Ədəbi lüğət”indən bəhs olunur. Həmin əsərlərdən bir hissə transfoneliterasiya edilərək ixtisarla ilk dəfə oxuculara təqdim edilir.
Türk dünyasına misilsiz xidmətləri ilə seçilən fədakar bir şəxsiyyətin - repressiya qurbanı olmuş Salman Mümtazın yaradıcılığına həsr olunan bu kitabın qardaş Qırğızıstanda “Uluu Toolor” nəşriyyatında nəşri Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun Prezidenti, Azərbaycan həqiqətlərinin, ədəbiyyat və mədəniyyətinin yorulmaz təbliğatçısı Nüsrət Məmmədovun öz xalqına daha bir gözəl töhfəsi kimi dəyərləndirilməlidir. Qeyd edək ki, Fond gələcəkdə kitabı qırğız və rus dillərinə də tərcümə etdirməyi nəzərdə tutur.
Tədbirdə müəllif 2024-cü ildə anadan olmasının 140 ili tamam olacaq Salman Mümtazın ictimaiyyətə təqdim edilən bu əsərlərinin tam şəkildə nəşrə hazırlanaraq yubileyə hədiyyə olunacağını bildirib.
Təqdimat mərasimində institutun baş direktoru professor Nadir Məmmədlinin açılış nitqindən sonra müəllif kitabın slaydını təqdim edib. Daha sonra professor Sayalı Sadıqova “Salman Mümtazın irsinə yeni baxış” və dosent Mətanət Yaqubqızı “Yeni bir tapıntıya dayanan əsər” mövzularında geniş məruzə ilə çıxış ediblər.
Tədbirdə Salman Mümtazın nəvəsi, dəyərli ziyalı, şərqşünas Urxun Qalabəyli, kitabı nəşr edən Fondun prezidenti Nüsrət Məmmədov, Folklor İnstitutundan dosent Şakir Albalıyev, Sahibə Paşayeva, Azərbaycan Milli Kitabxanasının şöbə müdiri Gözəl Baxşəli, tanınmış yazıçı Kənan Hacı və digər ziyalılar müəllifə yaradıcılıq uğurları arzulayıblar.
Tehsil-press.az