Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən növbəti tədbir “Heydər Əliyev - 100: Dövrün fəlsəfəsi və liderlik missiyası” mövzusuna həsr edilib.
Tədbirdə universitetin rektoru professor Ədalət Muradov Ulu Öndərin irsi haqqında ən dəyərli kitabların yazılaraq gələcək nəsillərə ötürülməsinin qarşıda duran əsas vəzifələrdən biri olduğunu vurğulayıb.
Ə.Muradov Ulu Öndərə həsr olunan növbəti tədbirin dövlət xadimi, diplomat Həsən Həsənovun iştirakı ilə keçiriləcəyini diqqətə çatdırıb.
Professor Səlahəddin Xəlilov Heydər Əliyev dövrünün fəlsəfəsindən və dahi şəxsiyyətin liderlik missiyasından danışıb. O, Heydər Əliyevin siyasətinin təməlində ali məqsədlərin dayandığını və bu siyasətin ədalətə xidmət etdiyini vurğulayıb. S.Xəlilov Azərbaycanın dünya miqyasında tanınmasında Ulu Öndərin şəxsiyyətinin mühüm rol oynadığını diqqətə çatdıraraq, beynəlxalq siyasi arenada Heydər Əliyevin nümayiş etdirdiyi diplomatik bacarıqları və yüksək şəxsi keyfiyyətləri barədə xatirələrini iştirakçılarla bölüşüb.
Sonda professor S. Xəlilov Ümummilli Liderin fəlsəfi fikirlərindən bəhs edən “Müstəqillik yolu” kitabını UNEC kitabxanasına hədiyyə edib.
Tehsil-press.az