G7 Ukrayna ilə bağlı razılığa gəldi

G7 Ukrayna ilə bağlı razılığa gəldi G7 ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri Ukraynanın enerji sektorunu dəstəkləməyə davam etmək barədə razılığa gəliblər.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb..
Qeyd olunur ki, Ukraynanın enerji sektorunun dəstəklənməsi ilə bağlı iclasa Yaponiya və ABŞ həmsədrlik edib. İclasda iştirak edən ölkələr Kiyevin Avropa ilə tam inteqrasiya olunacaq daha mərkəzsiz, dayanıqlı və təmiz enerji sistemi yaratmaq planlarını dəstəkləyəcəkləri barədə razılığa gəliblər.

Tehsil-press.az



Oxşar xəbərlər