Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Elektron Təhlükəsizlik Xidmətinin (ETX) birgə təşkilatçılığı ilə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində təşkil edilən “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Cyber4kids” mövzusunda “İlyas Əfəndiyev adına Elitar Gimnaziya” və “Bakı Avropa Liseyi”ndə təlimlər keçirilib.
Təlimin keçirilməsində məqsəd 13-17 yaş qrupunda olan uşaqların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi, onların kibergigiyena qaydaları və fərdi məlumatların mühafizəsi sahəsində məlumatlandırılmasından ibarət olub.
Təlim müddəti ərzində interaktiv tapşırıqlar icra olunmuş və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tehsil-press.az