İki ayda Qəzza zolağında 75 jurnalist həlak olub

İki ayda Qəzza zolağında 75 jurnalist həlak olub Fələstin Jurnalistlər Birliyi blokada altında olan Qəzza zolağında 2 ayda 75 jurnalistin öldüyünü açıqlayıb. Təxminən 80 jurnalistin yaralandığı hücumlarda 60 jurnalist ailəsinin evi bombalanıb, 63 mətbuat qurumu və ofisi dağıdılıb.
Fələstin Jurnalistlər Birliyi İsrailin iki aydır davam edən hücumlarında həyatını itirən, yaralanan, nəzarətə alınan və evlərini itirən jurnalistlərlə bağlı hesabat yayıb.
Məlumata görə, hücumlarda 75 jurnalist həyatını itirib, 80-ə yaxın mətbuat əməkdaşı isə yaralanıb. Həmçinin 2 jurnalistin itkin düşdüyü bildirilib.
İsrailin minlərlə dinc sakinin ölümünə, on minlərlə insanın yaralanmasına səbəb olan hücumlarında yüzlərlə hərbi cinayət və pozuntular törətdiyi qeyd edilib.

Tehsil-press.az



Oxşar xəbərlər